Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Türkiyənin DiKapriosu" ekranlara dönür - FOTOLAR

"Türkiyənin Leonardo DiKapriosu" adlandırılan Arda Kural karyerasında və səhhətində hər şeyin yaxşılığa doğru olduğunu deyib.

Mynews.az-ın məlumatına görə, uzun müddət şizofreniya xəstəliyindən müalicə olunan aktyor dünən dostları ilə bir məkandan çıxarkən jurnalistlərlə qarşılaşarkən bunları bildirib.

O, əlavə edib ki, yeni filmə çəkiləcək:

"Həyatım gözəl gedir, əyləncəli bir dövrdən keçirəm. Saç əkdirdim və yeni bir başlanğıc edəcəyəm. Sağlamlığım da qaydasındadır, artıq çox işləyirəm".

Qeyd edək ki, bir müddət küçələrdə yaşamaq məcburiyyətində qalan A.Kural indi görünüşcə də əvvəlki zamanlarını xatırladır.





Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...