Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Namiq Qaraçuxurlunun oxşarı Aygün Kazımovaya görə verilişi yarımçıq tərk edib

Meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı, müğənni Elman Məmmədov bir müddət öncə Xalq atisti Aygün Kazımova ilə birgə efirə çıxdığına görə peşman olub.

Mynews.az-ın Lent.az-a istinadla məlumatına görə, ifaçı bu sözləri “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, Xalq artistinin söylədiyi “O biri otağa keçək...” sözü onun ürəyincə olmayıb:

“Kaş o verilişə çıxmazdım. Aygündən o cür söhbət gözləməzdim. O hadisədən sonra verilişi yarımçıq tərk etdim. Ona hörmətim var idi, amma bir balaca ayıb oldu. Həqiqətən də çox eyib oldu. Yəni ən azından bizə Azərbaycan xalqı baxır. Bu söhbətin heç yeri yox idi”.

E.Məmmədov bildirib ki, A.Kazımovaya cavab verməməyi Xalq artisti üçün bir cavabdır:

“Susmağım ona cavab oldu. Ona cavab versəydim, məni də qınayardılar”.

E.Məmmədovun bu sözlərinə meyxanaçı Ağamirzə də dəstək olub: “Bəli, düzdür. Gərək hərdən susmaqla da cavab verəsən”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...