Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mətanət Əsədovanın həbs etdirdiyi gənc azadlığa çıxıb - FOTOLAR

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün şikayət edib, həbs etdirdiyi Elsevər Mürsəlli azadlığa çıxıb. Mynews.az-ın məlumatına görə, bu haqda gəncin özü "Facebook" səhifəsində yazıb. O, hətta köhnə "Facebook" səhifəsini bağlayaraq, yenisini açıb:"Bu gün səhər saatlarında azadlığa çıxdım, məhkəmənin qərarı ilə barəmdə 3 aylıq həbs müddəti seçilmişdi. Bu gün həmin müddət bitdi və mən ailəmə, dostlarıma qovuşdum. Çox sevincliyəm".
 
Qeyd edək ki, E.Mürsəlli bir müddət bundan qabaq özünün sosial şəbəkədəki səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi. Xaçmaz rayon Məhkəməsi  Elsever Mürsəlli barəsində 6 ay şərti cəza vermişdi. Lakin müğənni məhkəmənin qərarı ilə razılaşmayıb və Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib. Müğənninin şikayəti üzrə noyabrın 2-də keçirilən iclasda qərar verilib. Hakim Hüseyn Nəbiyev M.Əsədovanın dəlillərini əsaslı sayıb və E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...