Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səmradan gənclərə sərt sözlər

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli gəncləri küçədə etdikləri qeyri-etik hərəkətlərə görə tənqid edib. 

Mynews.az-ın məlumatına görə, ifaçı bunları deyib: "Sizə yaraşmır elə bu gözəlliklər. Onlar da canlıdır, ay insanlıqdan kənar şəxslər. Necə qıyıb bunları edə bilirsiniz?! Hərdən düşünürəm ki, bəlkə 5-10 ildən sonra düzələrsiniz, amma siz heç vaxt düzəlməyəcəksiniz. Çünki siz elə özünüz kimiləri böyüdüb, tərbiyə edəcəksiniz. Heydər Əliyev Mərkəzində muzeyə giriş qapısının qarşısında iki gənc əlində günəbaxan tumlarını çırtlayıb, qabıqlarını yerə tökə-tökə gəzirdi. Çox heyif... Gərək bu cür hərəkət edən “şəxslər” cərimə edilsin. Siz yaxşılıq başa düşmürsünüz. Yaxşı ki, yolu səhv keçənləri cərimələyirlər. Heç olmasa yol keçməyi tam öyrənməsələr də, cərimə haqqına görə məsuliyyət hiss edirlər, pullarına heyifləri gəlir. Amma bu pislikləri edəndə - heyvanları, bitkiləri incidəndə, heç veclərinə də olmur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...