Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Fazilet hanım və kızları” serialının aktrisası: - "Hər ikimiz atasız böyümüşük"

“Fazilet hanım və kızları” serialında “Ece” obrazını canlandıran Afra Saraçoğlu “Sözcü” qəzetinə maraqlı müsahibə verib.

Mynews.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, oynadığı obrazla özünü ortaq nöqtələrindən danışıb:

“Ece də atasız böyüyüb. Ata o, uşaq olarkən ölüb. Mənim də 2 yaşım olanda atamla anam ayrılıb. Yəni, hər ikimiz atasız böyümüşük. Bundan başqa, o da mənim kimi hər şeyi içinə atır, gizli saxlayır. Amma fərqli cəhətimiz odur ki, o, anası nə deyirsə, onun sözü ilə hərəkət edir. Mən isə istədiyim kimi, sadəcə həmişə anamdan dəstək görürəm”.

Afra kiçik yaşlarında aktrisalığa böyük marağının olduğunu bildirib. Aktrisa “İkinci Şans” filmindən sonra məşhurlaşdığını vurğulayıb. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...