Fərda Xudaverdiyev bu dəfə rolu ilə deyil, "halı" ilə gündəm oldu - Sərxoş ŞOU... - FOTOLAR
Dünən Nizami Kino Mərkəzində baş tutan Fərda Xudaverdiyevin "Selfinaz 2" stand up şousu öncəsi qalmaqal yaşanıb.
Hələ şouya saatlar qalmış mediaya "Mütləq gəlin. Jurnalistlər üçün giriş sərbəstdir" deyən təşkilatçılar qəfil fikirlərini dəyişdilər. Jurnalistləri zala buraxmadılar.
Əvvəlcə "Sizin üçün yuxarı mərtəbədə yer ayılır, oraya qalxın" deyib, sonra isə oradan da bayıra çıxarılan mətbuat işçilərini ələ salırmış kimi davranan təşkilatçılar deyəsən eyforiyaya qapılıblar. Elə bilirlər ki, zaldakı Fərda yox, Cem Yılmazdır. Tamam, ona özünü oxşatmağa çalışan biridir, amma o, Cem Yılmaz deyil.
Təşkilatçıların medianın gücündən ya xəbərləri yoxdur, ya da Fərda kimi onlar da içkili idilər. Bəli, Fərda şouya içkili halda qatılmışdı. Hətta iş o yerə çatmışdı ki, jurnalistlərə açıqlama verərkən suala etik çərçivələr daxilində cavab verəcək halda olmadığı üçün söyüşlə danışmalı oldu. (Səs yazısı var - red).
O söyüşü ancaq 2 küçə adamı dalaşarkən eşitmək olar. Yəqin içkili olması ilə yanaşı, həm də əsəbi olduğuna görə belə hala düşüb. Axı, şoudan öncə, "Məndən dəvətnamə istəməyin" deyə müraciət ünvanlayan Fərdanın şousuna həmkarlarından, şou-biznesdən barmaqla sayılacaq qədər, hətta bir əldə olan barmaqların sayı qədər adam qatılmışdı. Bilet alıb gələnlər isə zalı dolduracaq qədər deyildi. Bu da onu qəzəbləndirə bilər.
Əslində normaldır, niyə gəlsinlər ki? YouTube-ni açıb, "Cem Yılmaz" yazıb, baxa bilərlər də, üstəlik pulsuz... Bəlkə də bir az abartmış olaram, Fərda hələ Cem Yılmazı parodiya edir, daha doğrusu etməyə çalışır. Onun o mərtəbəyə çatmağına çox var. Əvvəlcə mədəniyyət, danışıq, qabiliyyət və hörmət sahibi olmaq lazımdır. Bunları da plagiat edəcəksiniz, Fərda bəy? (Musavat.com)
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 930 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 921 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 920 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 918 dəfə oxunub