Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kök ulduz - "Arıqlığı ilə fəxr edənlər xəstədir" - FOTOLAR

"Tanrı insanı necə yaradıbsa, elə də olmaq təsəvvürünü qəbul etmirəm. Arıqlamaq da olar, kökəlmək də. Plastik cərrahiyyə əməliyyatlarından da yararlanmaq olar. Lakin insan arıqlığı və ya köklüyü ilə qürrələnməməlidir. Arıqlığı ilə fəxr edənlər xəstədir".

Britaniyada populyar TOWIE realiti-şousunun sabiq ulduzu, 36 yaşlı Cemma Kollinz belə deyib.

Milli.Az The Sun-a istinadən bildirir ki, Kollinz son zamanlar İnstagram-da sürətlə yayılan "qabırğa dəbi"ni sərt tənqid edib.

Modellər və qlamur ulduzlar qarınları içəri çəkib qabırğalarını göstərir, selfi çəkdirirlər.

"Belələrinin şüurlarında qüsurlar var. Mənsə vücüdumdan narazı deyiləm", - Kollinz söyləyib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...