Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı futbolçu Türkiyənin evlilik verilişində - VİDEO

Daha bir azərbaycanlı gənc Türkiyədə evlilik proqramına qatılıb.

Mynews.az-ın məlumatına görə, “Star TV”-də yayımlanan “Zuhal Topalla” izdivac verilişinə qatılan Orxan Ezgi adlı iştirakçıya elçi düşüb.  

Orxan peşəkar futbolçu olduğunu, ayağından zədələndiyi üçün futboldan uzaqlaşdığını deyib. 

Ezgi 25 yaşlı Orxanın digər azərbaycanlı iştirakçı Əli ilə dost olduğunu öyrənincə, ona marağı artdığını bildirib. Lakin üz-üzə gəldikdən sonra rədd cavabı verib.

“Orxan uzaqdan gəlib. Onunla çay içməyə gedib, vaxtını almaq istəmirəm. Gələn namizədlərim içərisində ən yaraşıqlısıdır. Amma qəlbim isinmədi”, - deyərək bəyənmədiyini bildirib.

Zalda tamaşaçı qismində əyləşən xanımlardan bir neçəsi “Çox bəy əfəndi bir gəncə bənzəyir, niyə bəyənmədin?” deyərək Ezginin bu qərarına etiraz bildiriblər.

Rədd cavabı alan Orxan verilişdə qalıb iştirakını davam etdirmək istədiyini bəyan edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...