Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elnarənin övladlarının adları Türkiyədə marağa səbəb oldu

Ötən gün müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin TRT Avaz telekanalında efirə gedən "Azərinlə tək ürək" proqramında qonaq olub.

Mynews.azn məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı türkiyəli səs sənətçisi Adile Kurt Karatepe də proqramda iştirak edib. TRT Avazın Azərbaycan siması olan Elnarə yaradıcılığından danışıb. O, sevilən mahnıları ifa edib.

"Azərinlə tək ürək"də maraqlı anlar da yaşanıb. Azərin dörd uşaq anası olan Elnarənin övladlarından bəhs edib. Aparıcı onun sənəti ilə yanaşı qayğıkeş ana olmasından danışıb. Elnarənin övladlarının adları isə maraqlı qarşılanıb. Proqramdan sonra azərbaycanlı sənətçisinin övladlarına qoyduğu qədim türk adları türkiyəli izləyicilərin marağına səbəb olub. Onlar sosial şəbəkələrdə "Azəri sənətçinin türk adlı evlatları" başlığı ilə bu barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, teleaparıcı Rövşən Cahangirovla ailəli olan Elnarənin Bura Xatun adlı qızı, Tuğər, Öndər və Ərtuğrul adlı oğlan övladları var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...