Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bizdə iki evi, 2 maşını, bir bağı olana varlı deyirlər" - əməkdar artist

"Son 9 ildir ki, mənim heç bir biznesim yoxdur. Ədliyyə Nazirliyindən maraqlansanız, hansı müğənnilərin biznesi olduğunu görəcəksiniz. Bizdə iki evi, 2 maşını, bir bağı olana varlı deyirlər".

Bu sözləri əməkdar artist Ədalət Şükürov BiG.AZ-a açıqlamasında deyib.

Sənətçi müğənnilikdən əlavə heç bir bizneslə məşğul olmadığını bildirib:

"Hər bir insan yaxşı yaşamaq istəyir, bu normaldır. Allah hər kəsi varlı yaratmayıb, balans var. Allah mənim nəslimə Ədalət Şükürovu verib, nəslimi mən dolandırıram. Amma mənim valideynlərimdən başqa heç kimə borcum yoxdur. Bizdən də varlılar var, imkanlılar var. Xəyyam Nisanovun adını da tez-tez imkanlılar siyahısında çəkirlər. Xəyyamın iki evi, iki maşını, bir dənə də ana evi var. Heç Xəyyamın bağ evi yoxdur. Buna varlı deyillər? Bizim xərcimiz çoxdur, mahnı alırıq, yazdırırıq, aranjeman etdiririk, studiyaya pul veririk, geyimlər alırıq. Hər məclisə yeni paltar geyinirsən, deyirlər ki, imkanı var. Eyni kostyumu geyinirsən, söz edirlər. Bizim milləti başa düşmürəm. 

Biznesə başlamağımla bağlı təkliflər var, amma mən daha ciddi təklif gözləyirəm. Mənim adım-sanım, biliyim gözəl biznes qurmağa kifayət edir. Mən bazarda nə isə sata bilmərəm, bankrot olaram. Bilmədiyim işi görmək məndə alınmır. Hər insan bildiyi işi görsə, yaxşı olar".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...