Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özcan Deniz: Azərbaycanlıların hirsini anlayıram - VİDEO

Türkiyənin məşhur müğənnisi Özcan Deniz erməni mahnısı ifa etməsinə aydınlıq gətirib. 

Mynews.az  xəbər verir ki, ifaçı bu barədə “Instagram”da paylaşım edib.

“Mən musiqiçiyəm. Heç bir millətin musiqisinə düşmən olmaram. Radioda rastıma çıxdı, bütün komanda heyəti hansı dilə aid olduğunu düşünmədən əyləndik. O anımızı isə sizlərlə paylaşdıq. Mesajlardan sonra erməni mahnısı olduğunu bildim. Sizin həssaslığınızı başa düşərək paylaşımı sildim.

Biz yunanların da mahnısını paylaşırıq. Bizim mədəniyyətimizdə mahnılara düşmən olmaq yoxdur. Mənim ölkəmdə bir çox erməni var, sizin kimi düşünmürəm, düşünə də bilmərəm. Hamımız bu ölkədə Türkiyə vətəndaşı olaraq yaşayırıq. Sənətə, mədəniyyətə, musiqiyə düşmən olmazlar, siyasətə olarlar.

Mən siyasətçi və siyasətlə məşğul olan sənətçi deyiləm. Azərbaycanlı qardaşlarımızın hirsini anlayıram və həssaslıq göstərirəm. Mən Azərbaycana sizdən pul qazanmaq üçün konsert və film təqdim etmirəm. Oradakı dostlarımla bərabər türk kinosu ilə sizi yaxınlaşdırmaq, sosial həyatınızı canlandırmaq istəyirəm. Bu dünyaya türk, kürd, erməni, ərəb, yunan olduğu üçün baxmıram. Əgər baxsam, sənətçi olmaram. Onlar insan olduğu üçün baxıram. Sizi sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Biz eyni millətin və torpaqların övladlarıyıq”.

Xatırladaq ki, müğənninin dəfələrlə erməni dilində mahnı ifa etməsi sosial şəbəkələrdə və Azərbaycan mediasında sərt tənqid olunmuşdu.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...