Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özcan erməni mahnısını sildi, azərbaycanlılara müraciət etdi - FOTO - VİDEO

Müğənni və aktyor Özcan Dəniz bir müddət əvvəl erməni mahnısı oxuması ilə bağlı açıqlama yayıb.

O, mahnının ermənicə olduğunu bilmədiyini qeyd edib. Özcan sosial şəbəkədə ona etiraz edən azərbaycanlılara müraciət edib:

"Mən heç bir millətin mahnısına düşmən olmaram, ola bilmərəm. Radioda təsadüfən rastıma çıxan bir mahnının hətta ermənicə olduğunu bilmədim. Gələn mesajlardan sonra erməni mahnısı olduğunu bildim və sizin bu mövzuda həssaslığınızı nəzərə alaraq videonu sildim. Biz yunanların da mahnılarını paylaşırıq. Bizim mədəniyyətimizdə mahnılara düşmən olmurlar. Mənim ölkəmdə bir çox erməni vətəndaşımız varkən sizin kimi düşünə bilmərəm və düşünmərəm. Biz hamımız bu ölkədə Türkiyə vətəndaşı olaraq yaşayırıq. Sənətə, türkülərə, mədəniyyətlərə düşmən olmazlar. Siyasətlərə düşmən olurlar. Mən də siyasətçi deyiləm, siyasi bir müğənni də deyiləm".
 
O, azərbaycalıların bu mövzuda həssaslığını anladığını yazıb. Özcan "Bakıya gəlib pul qazanıb, gedirlər" fikirlərinə də cavab verib:

"Sadəcə, azərbaycanlı qardaşlarımızın bu haqlı qəzəblərini anlayıram və həssaslıq göstərirəm. Mən oraya sizdən pul qazanmaq üçün konsert ya da film gətirmirəm. Oradakı azərbaycanlı dostlarımızla bərabər türk filmi ilə sizləri yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Göstərdiyim cəhdlərin məsrəfləri qarşılamaqdan başqa bir maddi qarşılığı yoxdur. Mən dünyaya türk, kürt, laz, erməni, azərbaycanlı, ərəb, yunan, ingilis deyə baxmıram. Baxsam, sənətçi olmaram. İnsan deyə baxıram və insanları ayıran siyasətləri əsla sevmirəm. Bizdə olduğu kimi sizdə də çox cahil və hadisələrə kor baxan insanlar var. Onların rəhbərliyi altında bir topluluq olmayaq. Sizləri sevirəm, kədərinizi sonuna qədər paylaşıram. Sizdən bir qazancım yoxdur, amma bilin ki, mənim can qardaşımsınız. Biz eyni millətin və torpaqların uşaqlarıyıq".


 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...