Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur aparıcıdan sərt açıqlama - "O, nə zibildi ki..."

"Özcan Dənizin erməni dilində mahnı oxuması məni də çox qıcıqlandırdı. Türkün ağzına ermənicə yaraşmır axı! Amma Özcan nə zibildi ki, onu bütün türkiyəli qardaşlarımızı qınayacaq qədər böyüdürsünüz".
Mynews.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov söyləyib.
O bildirib ki, Özcan Dənizin ermənicə mahnı oxuduğu verilişin aparıcısı olan Sırrı Sakık PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin deputatıdı və bu amili diqqətdən qaçırmaq olmaz:
"Hazırda Türkiyədə onun haqqında istintaq araşdırması gedir. Dəfələrlə Türkiyənin və türklüyün əleyhinə yönəlmiş çıxışları ilə diqqət çəkib.
HDP erməniləri dəstəkləyən PKK üzvlərinin sığındığı yerdir. Bir sözlə, Özcan əqidəsiz mütrüf, Sırrı isə alçaq terrorçu küçüyüdür. O iki satqına görə türkiyəli qardaşlarımızı qınamayın. Və ən əsası hansısa türk düşmənlərinə imkan verməyək ki, bizi qardaşlarımıza qarşı qaldırsınlar. Çünki hər an azərbaycanlıları və türkiyəliləri bir-birindən küsdürmək istəyən qüvvələr fürsət gözləyirlər. Buna imkan verməyək.
T.İbrahimov deyib ki, bəzi məşhurlarımız da əsl məsuliyyətsizlik edirlər:
"Durub öz uğursuzluqlarını, natamamlıqlarını reallıqları nəzərə almadan kinə-küdurətə çevirib, qusurlar. Nəzərə almırlar ki, çox yersiz şəkildə demoqogiya ilə məşğuldurlar. Məsələni Özcan, nə bilim kim miqyasından çıxardıb Azərbaycan ictimaiyyətini Türkiyə əleyhinə qaldırırlar. Bu da düşmənə bir başqa formada xidmətdir!"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...