Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ANS-in aparıcısı kanala 3 gün vaxt verdi - "Hüquq-mühafizə orqanlarına müraciət edəcəm" -QALMAQAL

İki il öncə ANS telekanalında "Şokolad" verilişini aparan jurnalist Ülviyyə Alovlu sərt açıqlama verib.

Metbuat.az xəbər verir ki, aparıcı verilişi bağlanmamışdan öncə kanalın ona olan son əməkhaqqını ödəmədiyini vurğulayıb. Ülviyyə Alovlu telekanalın ona borcunu ödəməyəcəyi halda məhkəməyə müraciət edəcəyini vurğulayıb:

“Bu, ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığımdır. Dedim ki, ayıbdır, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...