Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur türk müğənniləri Bakıya gəlirlər

Türkiyənin tanınmış müğənniləri Burak Kut və Niran Ünsal Bakıya gəlirlər.

Mynews.az-ın axşam.az-a istinadən məlumatına görə, onlar 20-21 mayda Bakıda İslam ölkələrinin "Mədəniyət günləri" çərçivəsində keçirilən Türkiyənin mədəniyyət və turizm günlərində səhnəyə çıxacaqlar.

N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək. Konsertlər Sabir bağında olacaq.

Qeyd edək ki, tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...