Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ailə qurmağa hazırlaşan Səidə - "Toydan qabaq uşaq doğa bilmərəm"

Ailə qurmağa hazırlaşan Səidə Sultan maraqlı açıqlama verib.

Mynews.az xəbər verir ki, şəxsi həyatı barədə Lent.az-a danışan ifaçı bildirib ki, heç bir zaman qeyri-rəsmi övlad dünyaya gətirməz: "Mən də toy günümü gözləyirəm. Artıq "Toy nə vaxtdır?” sualından da bezmişəm. Toy olsaydı, bu sualdan da canım qurtarardı. Mənim üçün ailə bir dəfə qurulur. Gözəl ailə, övladımın olmağını istəyirəm. Amma toydan qabaq uşaq dünyaya gətirə bilmərəm. Elə olsaydı, indi uşağım olardı. Bu nə mənə, nə də ailəmizə uyğun deyil. Mən bu cür tərbiyədə böyüməmişəm. Toydan qabaq övlad dünyaya gətirənlərə də pis baxmıram. Bu da onların öz işidi. Mən normal qanuni ailə, övlad istəyirəm”.

Müğənni onu da əlavə edib ki, müğənni olmasaydı, baxça müəlliməsi olardı: "Sənətimi çox sevirəm. Qismətimdən razıyam. Amma müğənni olmasaydım, baxçada müəllimə də işləyə bilərdim. Uşaqları çox sevirəm”.

Qeyd edək ki, S.Sultan bir neçə ay öncə sevdiyi şəxsdən Lent.az-a danışarkən bu sözləri demişdi: "Həyatımda elə bir mərd bir oğlan var. Bunu ilk dəfə açıqlayıram. Heç vaxt bunu mətbuata deməmişəm. İllərdir arzuladığım bir insandır. Necə arzu edirdimsə, Allah qabağıma çıxardı. Bu ağ yox, qar atlı oğlandı. Toyun vaxtını, məqamını indidən demirəm. Hər şeyin öz məqamı var. İndi mərdimazar da çoxdur”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...