Azərbaycanlı aktrisaya "Porşe" təklif edən 70 yaşlı oliqarx kimdi? - "Dedi sevgilim ol" - FOTOLAR
“4 il əvvəl “Xəzər” Televiziyasında “İkinci sənət” verilişinin aparıcısı idim. Bir oliqarxın xoşuna gəlmişdim. Xəbər göndərdi. Sonra kanalın qabağında qarşımı kəsib, dedi: “ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracam”. Dedim ki, nəvən yaşındayam e. Qayıtdı ki, “Porşe”, “Torqovı”da ev alacam”.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı gənc aktrisa Zarina Qurbanova deyib.
Zarina deyib ki, ona yaxınlaşan şəxsin yaxşı 70-dən çox imiş: “Maşınla yolumu kəsirdi… Mən yaxşı bilirəm ki, bu gün müğənnilər, aktrisalar hansı yolla pul qazanır. Mənə də belə təkliflər çox olub, qəbul etməmişəm”.
Aktrisanın sözlərinə görə, məmurlar onu görən kimi yadlarına keçmiş sevgiləri düşür: “Deyirlər, sən bizim ilk sevgilimizə bənzəyirsən. Deyirlər, badamı gözlərin bizi öldürür. Hamısı da eyni cür «padxod» edir. Hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan. Onlara yazığım gəlir”.
Zarina onu da əlavə edib ki, daha cavan məmurlar ona yaxınlaşmaqdan çəkinir: “Onlar mənə yaxınlaşmır, bilirlər ki, yıxıb-sürüyəcəm. Qocalara yazığım gəlir. Çünki ünsiyyət acıdırlar, onlarla heç kim səmimi deyil. Hamı onlarla puluna görə mehribandır”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1000 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 962 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 952 dəfə oxunub