Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacı Nuran ağır xəstəlikdən əziyyət çəkən Xalq artistinə canlı yayımda yardım etdi - VİDEO

“Həyat” Xeyriyyə Fondunun yaradıcısı Hacı Nuran Hüseynov Xalq artisti Könül Xasıyevaya yardım edib.

Fond ağır xəstəlikdən əziyyət çəkən xanəndənin müalicəsində ona dəstək olacaq. Bu barədə ATV-də yayımlanan “10-dan sonra” verilişində qonaq olan aparıcı Hacı Nuran bildirib.

Onun sözlərinə görə, Xalq artistinin müalicəsində ona yardımçı olmaq istəyənlər də “Həyat” fonduna müraciət edə bilərlər. Hacı Nuran bildirib ki, bunu *999-a zəng vurmaqla da etmək olar. Hacı Nuran ona sağalmasında çox insanın dəstək olduğunu, buna görə də ehtiyacı olan insanlara hər zaman yardım edəcəyini əlavə edib.

Qeyd edək ki, Könül Xasıyeva ötən gün “10-dan sonra” verilişinin qonağı olub. O haqqından xərçəng xəstəsi olduğuna dair yayılan xəbərləri yalanlayıb. Xasıyeva, onurğasının iflic olduğunu və astma xəstəliyindən əziyyət çəkdiyini söyləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...