Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türk kinosunun əfsanəsindən ÇOX ÜZÜCÜ XƏBƏR!

Türk kinosunun əfsanəvi aktrisalarından Hülya Koçyiğit müalicə olunmaq üçün getdiyi ABŞ-da əməliyyat olunub.

Mynews.az xəbər verir ki, 69 yaşındakı aktrisa ağciyərinin sağ üst hissəsindəki xərçəngli bölgə üçün Nyu-Yorkda əməliyyat keçirib. Aktrisanın əməliyyatı təxminən 2 saat yarım çəkib. O, əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.

Yaxın dostu aktrisa Filiz Akın sosial media hesabından ona dəstək mesaji göndərib: “Canım dostum, xəbəri az öncə televizordan eşitdim. Nə qədər zəng etsəm də, açmadın. Mesaj yaza bildim. Ağciyər özünü yeniləyə bilən orqandır, üstəlik tibb də inkişaf edib. Mənim kimi yaxınlarının, pərəstişkarlarının duaları və sevgiləri daim səninlədir. Yaxşı xəbərlərini gözləyirik”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...