Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meyxanaçılar bir-birinə qarşı - "EŞŞƏK DEYİR, CAMAAT DA PUL VERİR..?!" - VİDEO

Metbuat.az saytının informasiya dəstəyi olduğu, Dünya TV-də yayımlanan "PAY" şou verilişinin "SÖZLÜ ADAMLAR" mövzusuna həsr edilmiş buraxılışında meyxana ustasıMehman Əhmədli qonaq olub. O, məclislərin birində başına gəlmiş maraqlı hadisəni danışıb:

"Bir çeçen qonağımız gəlmişdi. Məni ona təqdim elədilər ki, bu Azərbaycanda məşhur meyxana deyəndi. O da dedi ki,mən meyxana dinləmək istəyirəm. Onu məclislərdən birinə etdik. Meyxana zamanı qafiyə "ək" şəkilçisi ilə bitirdi deyə, deyişmə zamanı meyxanaçılar ördək, eşşək və s. kimi sözlərdən istifadə edirdilər. Çeçen qonağımız dedi ki, meyxana budur? Bir-birilərinə belə sözlər deyirlər, camaat da bunlara pul verir?"

Verilişin digər qonaqları əməkdar artist Zakir Əliyev və bədii qiraətçi-şair Səbuhi Zaman da maraqlı söhbətləri və ifaları ilə tamaşaçıları heyran ediblər.

Verilişin layihə rəhbəri və aparıcısı müğənni Nizami Nikbindir.

Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...