Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abbasın biabır etdiyi klarnet ifaçısı toya gəldi - "Onu qara..." - FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu küsülü olduğu əməkdar artist Abbas Bağırov ilə barışıb.

BiG.AZ xəbər verir ki, musiqiçi sənətçinin ötən gün baş tutmuş toyunda iştirak edib.

Hüseyn barışıq ilə bağlı bu sözləri deyib:

"Abbas məndən küsülü olsa da onun bu xoş günündə gedib təbrik etməyi özümə borc bildim. Mən kəsdiyim çörəyi itirmirəm. Allah səni xoşbəxt etsin, Abbas qardaşım".

Qeyd edək ki, A.Bağırov ilə H.Məhəmmədoğlu toy üstündə aralarında küsülülük yaranıb.

Abbas klarnetçi ilə bağlı bu sözləri demişdi:

"Hüseyn onu yadında saxlasın ki, mənim bir qara siyahım var. Orada 20 ilə yaxındır münasibətdə olmadığım insanlar var. Onu da həmin qara siyahıya saldım".

Klarnet ifaçısı ilə yaranmış incikliyə aydınlıq gətirib:

"Abbasın xətrini çox istəyirəm. Əsas Allahın qara siyahısına düşməyək, bəndənin siyahısına düşsək də olar. Müəyyən bir anlaşılmazlıq olmuşdu. Qaydasına qoyarıq. Bir toy var idi. Abbas zəng eləyib mənə dedi ki, birgə gedərik. Elə oldu ki, mən ayın 10-da Eltonla birlikdə başqa toya getdim. Abbasa zəng elədim ki, imkan varsa məni o işdən kənarlaşdır. Mən Eltonla Moskvaya getməliyəm. Haqqı var inciməyinin...". 

Abbasın biabır etdiyi klarnet ifaçısı toya gəldi: "Onu qara..." - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...