Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özcan Denizdən Bollivuda oğurluq ittihamı - FOTOLAR

Müğənni-aktyor Özcan Deniz "Su və atəş" filminin Bollivud tərəfindən oğurlandığını iddia edib. 

Mynews.az axşam.az-a istinadən bildirir ki, aktyor "Siddhartha" hind filminin onun ekran işi ilə eynilik təşkil etdiyini bildirib. 

"Su və atəş"in həm ssenari müəllifi, həm rejissoru, həm də baş rol ifaçısı olan Özcan İnstaqram səhifəsində hər iki filmdən kadrlar paylaşaraq bunları yazıb: 

"Deyəsən, Bollivud bizim "Su və atəş" filmimizi oğurlayıb. Özü də kadr-kadr". 

Avşar Film və DNZ Film prodüser şirkətlərinin vəkilləri artıq məsələ ilə bağlı hindli həmkarlarına müraciət edib. 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...