Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Yoldaşım hər işimə qarışır" - "Toppuş bacı"

Əməkdar artist Tünzalə Əliyeva ("Toppuş bacı") şəxsi həyatından danışıb. 

Mynews.az-ın məlumatına görə, "APA TV"-də yayımlanan "Show time" verilişinə qonaq olan aktrisa həyat yoldaşının ona qoyduğu qadağalara uyğunlaşdığını deyib: 

"Yoldaşım hər işimə qarışır. Əcəb edir. Bizim evdə ilk və son sözü kişi deyir. Mən öz evimizdə belə görmüşəm. Atam söz deyib, anam da deyib ki, baş üstə. Aktrisalar arasında mənim yaşımda, ağlımda ev qadını yoxdur. Varsa da, Allah canlarını sağ eləsin. Mən səhər saat 6-dan gecə 1-ə qədər həyat yoldaşıma "Nə istəyirsən?" sualını verib, yatıram. Yəni onun qulluğunda dururam. Yəni gecənin bir aləmi o, məni yuxudan oyadıb, desə ki, su istəyirəm, mən onun bu sözünə ərinmərəm. Özümü elə də tərifləmirəm. Mənim də kaprizlərim var. Həyat yoldaşım maşında telefon oynatmağa icazə vermir. Yəni yolda onun yanında telefonu oynatmıram. Nəinki mən, bacılarım, qardaşım qızları, ümumiyyətlə qadın xeylaqları bizim maşına mindisə, maşında telefonla oynaya bilməz. Çünki yoldaşımın xasiyyətinə bələddilər. Bizim ailədə qanun budur. Hər efirə gələndə də geyinirəm, "hə" deyir, daha sonra evdən çıxırıq. Onun sözü mənə qanundur".

Xatırladaq ki, T.Əliyeva 2013-ci ildən Röyal adlı bəylə ailəlidir. Cütlüyün bir 2016-cı ildə qızı olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...