Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygün Kazımova: "Qürurlandım" - FOTOLAR

Azərbaycanda keçirilən IV İslam Oyunlarının açılış və bağlanış mərasimində Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı modelyer, dünya şöhrətli "Afffair" brendinin yaradıcısı Rüfət İsmayılın son geyim kolleksiyasından olan libasları geyinib. 

Mynews.az-ın məlumatına görə, bu haqda xalq artisti Aygün Kazımova özünün rəsmi "İnstagram" səhifəsində yazıb və dostunu bu uğurla təbrik edib:"Azərbaycanın birinci xanımı, çox hörmət etdiyimiz Mehriban xanım Əliyeva. Bu dəfə də çox fərqli, çox özəl seçim. Dostum Rüfət, səni təbrik edirəm. Qürurlandım. Halal olsun. Ardı gəlsin". 

Qeyd edək ki, Rüfət İsmayıl Azərbaycanda sənətçilərdən yalnız Aygün Kazımova ilə əməkdaşlıq edir. 

Həmçinin Aygün Kazımova karyerasının 30 illiyinə həsr olunmuş və bu ilin sentyabr ayının 22-də baş tutacaq "Crystall Hall" konsertində səhnəyə məhz Rüfət İsmayılın eksklüziv libaslarını geyinəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...