Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

Müğənni Sərdar Ortaç dicey Əmrah Karaduman tərəfindən məhkəməyə verilib.

Mynews.az Türkiyə mətbuatına istinadən məlumatına görə, Əmrah Sərdarın “Söyle Nereye Kadar” mahnısını aranjiman etsə də, bunun müqabilində pulunu  ala bilməyib.

Ortaç Karadumana yaxın günlərdə 25 min lira (təxminən 12 min AZN) verəcəyini bildirsə də, amma məbləği ödəmədiyi üçün dicey onu məhkəməyə verib.

Məhkəmədə ifaçının maddi sıxıntısı olduğu və pulu hissə-hissə ödəyəcəyi vurğulanıb.

“Duymayanlar kalmasın” verilişinə zəng vuran Sərdarın vəkili isə mahnının alboma salınmaması səbəbindən Emraha 6 min lirə (təxminən 3 min AZN) ödədiklərini və sənətçinin heç bir maddi problemi olmadığını söyləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...