Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İndi mənim sevdiyim də, hər şeyim də...." - Fədaya Laçın

Müğənni Fədayə Laçın 6 il birgə duet ifa etdiyi həmkarı Tacir Şahmalıoğlu ilə sevgili həyatı yaşaması barədə danışıb. 

Mynews.az-
ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, T.Şahmalıoğlu ilə sevgili olması xəbərinin mediada müzakirə olunması istəmir: 

“Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Bu az müddət deyildi. Bu söhbətləri 20 il sonra gündəmə gətirdilər. Yəni həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Tale, qismət idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...