Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ağrılarım o qədər şiddətli idi ki, intihara əl atdım..." - İnsult olan əməkdar artist ÖLMƏK İSTƏDİ

Azərbaycanın teatr və kino aktyoru, əməkdar artist Əjdər Həmidov intihara cəhd edib.

Aktyor BiG.AZ-a bunun 10 il öncə olduğunu söyləyib. Sevilən aktyor deyib ki, 10 il əvvəl “Yoxlama” filminin çəkilişləri zamanı möhkəm qorxu keçirib, bundan sonra səhhətində ciddi pozuntular yaranıb:

“Həmin filmin çəkilişləri vaxtı məni kəndirlə beşmərtəbəli binanın damına qaldırırdılar. Yüksəklikdən necə bərk qorxdumsa, möhkəm xəstələndim. Çox pis vəziyyətdə idim. Bundan sonra necə deyərlər, tərki-dünya oldum, Bakıdan getdim, 2 il doğulub, boya-başa çatdığım Şabran rayonunun Aygünlü kəndində qaldım. Yaşadığım ağrıların şiddətindən hətta iki dəfə intihar da etmək istədim. Amma şükürlər olsun ki, psixoloq-həkimin sayəsində sağaldım, həyata qayıtdım. Daha sonra Bakıya gəldim, kinolarıma çəkildim”. 

Aktyor söhbət əsnasında bir müddət öncə səhhətində yaranan problemdən də danışıb:

“Bilirsiniz ki, may ağır aydır. Gərək bu ayda özünü qoruyasan. Hipertoniya xəstəliyim var deyə həkim mənə deyib ki, müəyyən dərmanlar var, onları ömrünün sonuna kimi atmalısan. Tərsliyimə salıb, dərmanlardan imtina etdim. Bundan sonra qəfil halım pisləşdi. Arterial təzyiqimi ölçəndə, gördüm ki, 260-a qədər yüksəlib. Onu da deyim ki, 10 il əvvəl arterial təzyiqim 280-ə qədər yüksəldiyi üçün insult keçirmişdim. Vəziyyəti belə görüb, tez Təcili Tibbi Yardıma zəng etdim. Gəlib, məni 1 saylı Şəhər Klinik Xəstəxanasına apardılar. Sağ olsun həkimlər, məni yaxşı müalicə etdilər. Bir müddət orada qaldım, sonra evə buraxıldım. Hazırda tamaşalarda oynayıram. Vəziyyətim yaxşıdır, özümü normal hiss edirəm. 

Xatırladaq ki, Ə.Həmidov ötən ay səhhəti pisləşdiyi üçün 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Aktyora nevroz diaqnozu qoyulmuşdu.

Ə.Həmidov 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır.


"Ağrılarım o qədər şiddətli idi ki, intihara əl atdım..." - İnsult olan əməkdar artist ÖLMƏK İSTƏDİ

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...