Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Poqon" insana ikiqat məsuliyyət verir" - ATV-nin aparıcısı

Aparıcı Günel Bəhramqızı “ATV kulis”in qonağı olub.

Mynews.az-ın məlumatına görə, Vergilər Nazirliyində çalışan Günel xasiyyətindən bəhs edib:

“Ciddi insanam. Xəbərlərdə çalışmaq bunu tələb edir. Bu da məni nazirlikdə çalışmağa belə dartıb apardı. Baş leytenant, forma daşıyıcısı oldum. Sistem işiçisi olmaq, poqon insana ikiqat məsuliyyət verir. Əvvəl tərəddüd edirdim, deyirdim, evdən bayıra necə çıxacam, kənardan məni necə qarşılayacaqlar? Çünki papaq qoymalı, forma geyinməliydim. Sonra gördüm ki, forma mənə digər paltarlardan daha çox yaraşırmış. İndi sevə-sevə forma geyinirəm. Mənim üçün şərəfdir.

Ən mənfi cəhətim emosional olmağımdır. İstənilən münasibəti bir dəfəyə baltalaya və ya çiçəkləndirə bilərəm. Peşmançılıq yaşayan biri deyiləm.

İşdən kənarda çox deyib-gülən biriyəm. Əsas insani keyfiyyətim dürüstlükdür. Bir vaxtlar Bakı Dövlət Universitetində jurnalistika dərsi deyirdim. Hazırda işlərimə görə bu fəaliyyətimi dayandırmışam. Tələbələrimlə gözəl münasibətim var idi. İndi də məni görəndə deyirlər ki, geri qayıdın".

Qeyd edək ki, Günel Bəhramqızı Vergilər Nazirliyi ilə ATV kanalının birgə layihəsi olan "İqtisadi zona" verlişinin aprıcısıdır.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...