Adı saxtakarlıqda hallanan “Maşın şou”yla bağlı onillik SİRR AÇILDI - “Murada yaxın olan o insan...”
Tanınmış şoumen, aparıcı və bəstəkar Murad Arif “Maşın şou” ilə bağlı fikirlərini bölüşüb.
Vaxtilə özü də bu şounun iştirakçısı olan Murad indiyədək heç yerdə danışmadığı gizlinləri Yenicag.az-a açıqlayıb:
“Media sahəsindən anlayışı olan, gözəl başa düşür ki, “M qrup” bir “Maşın”dan bəlkə də 15 maşının pulunu çıxarır… Burada həm sponsor etimadı, həm də tamaşaçının etibarı söhbəti var. Bir iştirakçıya görə 15 illik güvəni yerə vurmayacaq qədər ağıllı insanlar işləyir bu şouda. Saxtakarlıq və qurma bir prestij məsələsidir ki, Murad Dadaşov heç kəsə görə o prestiji yerə vurmaz. 2007- ci ildə, mənim şəklim atılan gün, səs toplayıb Murada ən yaxın insanlardan birini, çox hörmət etdiyim mədəni insan, “KVN” -şik Vado Korovini oyundan uzaqlaşdırdım.
Mən anlayırdım ki, bunu Murad bəlkə də istəməzdi. O hətta efir vaxtı eyham da vurmuşdu ki, studiyamıza “KVN”şiklər qonaq gəlib və s… Bununla belə səs toplayıb, özümə təhlükə gördüyüm adamı uzaqlaşdırdım. Bax bu, şəffaflıqdır ki, “Maşın şou” teleməkanda hələ də ən gərgin və alternativsiz verilişdir. Zarafat deyil e, o maşını udmaq üçün 3 gün ayaq üstə qaldıq, ayaqlarımız, əllərimiz şişdi, təzyiqimiz oynadı…”.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 970 dəfə oxunub
- Emin Ağalarov söz verdi 970 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 968 dəfə oxunub