Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elməddin - "Yarmarkada yerdə "şəpit" satırdım" - VİDEO

ARB TV-nin “Gəlin danışaq” proqramının növbəti qonağı tanınmış yumor ustası, aktyor Elməddin Cəfərov olub.

BiG.AZ xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən aktyor, ilk olaraq ailəsindən söz açıb:

“Mən Göyçə mahalında, imkanlı ailədə dünyaya gəlmişəm. Atam texnik idi. O vaxtlar da yaxşı işləyən fəhlələri deputat edirdilər. Atam rayon deputatı idi. Sovetin vaxtında çox böyük imkana sahib idik. Hər şey bizə pulsuz idi. Atamdan qorxurdular. Seyid Ağamirin nəvəsiyəm özüm, həm də çəkinirdilər. Evdə ət problemi yox idi.

3 qardaş 1 bacı idik. 1988-ci ildə məcburi gəldik Gəncəyə. Atam başqa bir işə düzəldi mexanik kimi. Sonra yenidən vəziyyətimiz super oldu. Bir müddət keçəndən sonra sıfıra düşdük. Elə bir duruma gəldik ki, 1-ci kursda ən bahalı paltarla dərsə gedən Elməddin, 4-cü kursda dərsdən sonra yarmarkaya gedib yerdə “şəpit” satırdım. Günə 2 məmməd qazanırdım. O da yol pulum idi. Günortalar yemək yemirdim ki, o 2 məmmədi evə çatdırım ki, un alıb çörək bişirək”.

Daha sonra aktyorluğa gəlişindən söz açan Elməddin, 1 günə məşhurlaşdığını bildirib:

“Məni Həsən “Tək səbir”ə dəvət elədi. 20 yaşım vardı, 4-cü kursda oxuyurdum. Bir günün içində veriliş partladı. İlk efirdən sonra, sabahı gün şəhərə çıxa bilmədim. 38 reytinq verirdik. Kütlənin 90%-i demək idi”.

Sonda keçmişi ilə bağlı danışan yumor ustası, bunu sevmədiyini dilə gətirib:

“Mən dünənimi sevmirəm. Xoşlamıram. Ən sevmədiyim şeydir dünənim. Ona görə ki, məndə kompleks var”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...