Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Röyanın keçmiş əri 3 həyat yoldaşından olan övladları ilə - FOTOLAR

Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə övladlarının şəkillərini paylaşıb.

Publika.az xəbər verir ki, müğənninin eks əri Röya ilə evliliyindən olan oğlu Hüseyni ilk nikahından olan böyük oğlu, yəni ögey qardaşı ilə tanış edib. Daha sonra isə Nigar adlı xanımla ailə quran iş adamı sosial şəbəkədə bu nikahdan dünyaya gələn qızı ilə Hüseynin şəklini paylaşıb.

İş adamı ilə əməkdar artist 2014-cü ildə boşanıb.

Qeyd edək ki, A.Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğludur. Son vaxtlarda Cəlilovlar ailəsinin biznesinin çökdüyü haqqında xəbərlər yayılır. İşçiləri onu bir neçə ayın maaşlarını verməməkdə günahlandırıb.

Onu da xatırladaq ki, A.Cəlilov "Yol Əhvalatı", "Anın quruluşu", "Gözlə məni", "Avqust gələndə", "Köç" kimi filmlərin ssenari müəllifi Asim Cəlilovun nəvəsidir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...