Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Maşın” şoudan gedən Kənan MM - "Maşın əldən getsin, Kənan MM əldən getməsin" - VİDEO

ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ötən günkü buraxılışında Kənan Mahmudov yarışmdan çıxdı. 

BAKU.WS xəbər verir ki, şounun ən güclü və qalmaqallı iştirakçılarından biri olan Kənan MM əlini maşından çəkdi. SMS səsverməsinə çıxarılan rejissor Aqil M.Quliyev şouda qalacağı təqdirdə Kənanı oyundan uzaqlaşdıracağını bəyan edib. 

Bundan sonra əlini maşından çəkən Kənan yarışmanı tərk edib. Rejisor yarışmadan sonra Instagram-dan onu sevənlərə müraciət edib.

Kənan ona dəstək olan hər kəsə təşəkkür edib: "Mənim əziz qardaşların, canlarım, ciyərlərim, analarım, bacılarım. Səs göndərən hər kəsin qarşısında baş əyirəm. Haqqınızı halal edin. Mənə bundan sonra milyon manatlarla ödənilməz dəstək oldunuz. Lakin mən əsəblərimə hakim ola bilmədim. Əgər sizi incitdimsə, dönə-dönə sizdən üzr istəyirəm. Orda olduğum ilk gündən ağzımın danışığına, hərəkətlərimə hakim olmaq istədim. Nə qədər bacardım, nə qədər bacardım bunu bilmirəm. Maşın əldən getsin, amma 15 ildə qazandığım Kənan MM əldən getməsin. Göndərdiyiniz mesajları mən sevgi adlandırıram. Bir daha qarşısınızda baş əyirəm. Haqqınızı halal edin". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...