Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı ifaçı dünyaşöhrətli ulduzla bir arada - VİDEO

Dünya şöhrətli müğəni Seeya və beynəlxalq layihələrdə EFENDİ adı ilə təqdim olunan azərbaycanlı müğəni Samirə Əfəndiyevanın birgə layihəsi hazırlanıb . 

Artıq bir neçə gündür Avropa təqdimatından öncə “Xəzər” FM radiosonda təqdimatı oldu . 

Radio vasitəsilə hər saat bu yeni duet səslənir. Bununla yanaşı, layihə çərçivəsində EFENDİ ötən ayın evvəlindən son tarixlərə kimi Buxarestə səfər edərək, “Toca Toca ToCaMe” adlı musiqili layihəsi üçün klip çəkilib və səhnəarxası görüntülü şəkildə lentə alınıb.

Layihənin baş prodüsseri azərbaycanlı prodüsser Ukraynada yaşayan İdris Cəfərovdur. Azərbaycan tərəfdən layihə çərçivəsində videoqraf kimi Ramin Cəfərov və EFENDİnin geyim tərzi üzrə modelyer AİWA iştirak ediblər. 

Rumıniyada “Tommo Production” tərəfindən mahnı və klip ərsəyə gətirilib. Bu 10-15 günlük səfər ərzində mahnının yazılışı və səs uzlaşması “Tommo Prodaction”a məxsus olan səsyazma studiyasında Buxarestdə həyata keçirilib. 

Daha sonra klip çəkilişi olub. Layihə rəsmi olaraq iyunun 7-də klip formasında Seeyanın və “Tommo Production”un rəsmi “YouTube” kanalları vasitəsi ilə təqdim olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...