Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aysel Əlizadə yeni klipi üçün şou-biznes əhlini başına yığdı - VİDEO+FOTO

Müğənni Aysel Əlizadə söz və musiqisi Nadir Hüseynova məxsus “Coşma” mahnısına çəkdirdiyi klipini təqdim edib

Müğənni Aysel Əlizadə söz və musiqisi Nadir Hüseynova məxsus “Coşma” mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, rejissor Teoman Topçu tərəfindən Türkiyədə ekranlaşdırılan klip iki ay öncə çəkilib. Müğənni fərqli imici və rəqsləri ilə diqqət çəkib. Klipi media nümayəndələri ilə yanaşı, A.Əlizadənin sənətçi dostları da izləyib. Qonaqlar arasında Natavan Həbibi, Elton, Tolik, Lətifə Soyuöz, Elnarə Xəlilova, Vüsalə Əlizadə, Emil Bədəlov və başqaları Ayseli təbrik etmək üçün təqdimatda iştirak ediblər. Qonaqların istəyi ilə klip üç dəfə nümayiş etdirilib. Jurnalistlərlə yanaşı, sənətçilər də müğənniyə suallar ünvanlayıb.

Qeyd edək ki, bu, T.Topçunun Aysel üçün ekranlaşdırdığı 4-cü klipidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...