Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Üzeyir otağıma gələndən sonra şoudan getdi" - Fərda

Aktyor Fərda Xudaverdiyev iştirakçısı olduğu “Maşın” şousundan danışıb.

Mynews.az-ın məlumatına görə, aktyor heç bir qruplaşmada yer almadığını deyib.

O bildirib ki, hədəfi avtomobili udmaqdır:

“Sırf bu maşından danışmaq istəyirəm, heç bir qrupda yoxam. Bu günə kimi bir qrupum olub, o da universitetdə. Düşərsiz otaqdayam. Ora bir dəfə Üzeyir Mehdizadə gəldi, o da getdi. Mənim qarşımda, maşının uc hissəsində kim dayanırsa, hamı bir-bir gedir. Üzeyir, Kənan orda dayanandan sonra getdi. Necə başlamışam, oyuna o cür də davam edəcəm. Mənə maşın vacibdir. Bir də çalışıram heç kimlə münasibətim pozulmasın”.

Qeyd edək ki, ötən gün şoudan jurnalist Vüqar Vüqarlı gedib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...