Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müğənni ölən əri üçün albom hazırlayır

Bir həftə fasiləylə 2 həyat yoldaşını itirən müğənni Nazan Öncel ikinci əri Akşit Toqayın xatirəsinə albom hazırlayır. 

Mynews.az xəbər verir ki, ifaçı artıq studiyada səsyazmaya start verib. Nazan sonuncu dəfə 2014-cü ildə “Bəzi şeylər” adlı albom çıxarıb.

Xatırladaq ki, Nazanın Akşitlə evliliyi qalmaqala səbəb olmuşdu. Belə ki, Öncel Toqayın baldızı olub. Akşit Nazanın bacısı Pınar Güveneldən boşandıqdan sonra onunla evlənib. Lakin cütlük bunun kağız üzərində olduğunu və öz həyatlarını yaşadıqlarını bildirmişdi. Akşit açıqlamasında Nazanla evlənməsinə belə aydınlıq gətirmişdi: 

“Həyat yoldaşımdan boşandıqdan 11 il sonra uşaqlara görə və ortaq qazancımızı saxlamaq üçün kağız üzərində nikaha girdik, hər birimizin öz həyatı var”.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...