Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK: Əli Mirəliyev 5 il müddətinə həbs oluna bilər - Müğənni başına iş açdı...

"Efirdən sonra qaldığımız oteldə onu döydüm, çünki bərk əsəbləşmişdim".

Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Əli Mirəliyev “Maşın şou”-da yarışarkən müğənni Nurlan Növrəsli ilə yaşadığğı qalmaqal haqda Yeniçağ.az-a danışarkən deyib:

“Vaxtilə “Maşın” şouda iştirak etdiyim zaman, Nurlan Növrəsli ilə qalmaqal yaşadım. Onun xətrini çox istəyirdim, gözləmədiyim halda, gəldi ki, “Əli müəllim, sizi şoudan uzaqlaşdırmaq istəyirəm”. Soruşdum səbəbini, dedi ki, “siz təmiz insansınız, bu iyrəncliklərə layiq deyilsiniz”. Dedim, “alə, lazımdırsa, özün rədd ol get, mən sənin atan yerindəyəm, nə haqla məni şoudan çıxarırsan?” Efirdən sonra qaldığımız oteldə onu döydüm, çünki bərk əsəbləşmişdim. Sonradan öyrəndim ki, mənə qarşı bu hərəkətinə görə dayısı da onu döyübmüş. İndi manasibətimiz yaxşıdır, görəndə öpüb-qucaqlayir”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, Qəsdən sağlamlığa az ağır zərər vurmaya görə 2 ildən - 5 ilə qədər həbs cəzası düşür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...