Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aqil Oksanadan intiqam almaq istədi, Murad imkan vermədi

"Maşın" realiti-şousunda ötən gün rəqqasə Oksana Rəsulova ilə rejissor Aqil M.Quliyev arasında qarşıdurma yaşanıb.    Mynews.az-ın Axşam.az-a istinadən məlumatına görə, Aqil səs topladığı təqdirdə Oksananı yarışmadan uzaqlaşdırmaq istədiyini deyib.    Rejissor onunla aralarındakı qalmaqalın səbəbini də açıqlayıb:   "Oksana ilk dəfə sənətə qatılmaq istəyəndə yanıma gəldi ki, "kömək et". Ona dedim ki, "bu sənətə gəlmə, dəyişəcəksən". İndi gördüm ki, dəyişib. Oyun başlayandan Elcan Rəsulovla həmrəy olduq. Oksana, hərdən bizə qoşulurdun. Sonra gördüm ki, gah o qruplaşmaya, gah da başqa qruplaşmaya qatılırdın. Sənə lazım olan tərəfə yönəlirdin. Ona görə də bu gün tək qalmısan".    Proqramın aparıcısı Murad Dadaşov "Bunu illərdi ürəyində saxlayıb, indi intiqam aldın?" deyə, bildirib. Şoumen daha sonra Aqillə bağlı gözlənilməz açıqlama verib:   "Səsvermə pulladır. Aqilin ora çıxmağının səbəbi müəyyən insanlara arxayın olmasıdır. Onun öz fikridirmi və ya başqalarının bilmirəm. heç bir maliyyə dəstəyi olmadan məşhurlaşanlar da var. Aqil M.Quliyev, bilirik ki, sizin də çətin günləriniz var idi. Onlardan üzüağ çıxdınız. Aqil ehtiyatlı adamdır. Bunu görəndə başa düşürəm ki, ona ürək-dirək gəlib. Bu dəqiqə heç bir iştirakçının tərəfində deyiləm. Tamaşaçılara deyirəm, ədalətli qərar verilsin. Qızım sənə deyirəm, gəlinim sən eşit".   Sonda Aqil yetərincə səs toplamayıb və oyundan özü gedib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...