Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xoşqədəm əkizləri ilə ilk dəfə kamera qarşısında - FOTOLAR

Aparıcı Xoşqədim Baxşəliyeva ilk dəfə əkizləri Arda və Arıla birlikdə kamera qarşısına keçib.
 
Axşam.az-ın məlumatına görə, "Xəzər Maqazin"in qonağı olan aparıcı əkizlərini bir-birindən necə ayırmasından danışıb: 

"Arda yeriyə bilmir, tənbəldir. Onun adını "meşə ayısı" qoymuşam. Ayı kimi yuvarlanır. Hələ təzəlikcə iməkliyir. Arın musiqiyə meyillidir. Arda isə yalnız düşünür. Muğamı dinləyərkən yanında top atılsa da, gözünü qırpmır". 

X. Baxşəliyeva övladlarına vaxt ayıra bilməməkdən şikayətlənib: 

"Səhər saat 6-da yuxudan durub 8-dək onlarla oynayıram. Əkizlərə baxmaq çox çətindir, amma maraqlıdır. Mən onların ən maraqlı vaxtlarında vaxt ayıra bilmirəm". 

Aparıcı qızı olmasını istədiyini deyib: "Çox istəyirdim qızım olsun, amma əkizlərim doğuldu. 3 oğlum var. Biri artıq əsgərliyini bitirib".
 
Xoşqədəm Baxşəliyeva həyat yoldaşı, türkiyəli müğənni Doğuşa olan sevgisini belə etiraf edib: 

"Doğuşu çox sevirəm. Təkcə həyat yoldaşı kimi yox, dost, sirdaş kimi çox sevirəm".  

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...