Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Maşın" şouda növbəti saxtakarlıq: - " Səslər 100 faiz olmadı, amma iştirakçı..."

"Maşın" şouda səsvermənin nəticələri ilə bağlı daha bir saxtakarlıq irəli sürülüb.

"Maşın şou"nun dünənki buraxılışında iştirakçılar oyundan Nadir Qafarzadə çıxartmaq istəyib. Qutudan ən çox onun şəkli çıxıb. Müğənni səs topladığı təqdirdə kimi çıxaracağını bilmədiyini və oyunun gedişatından asılı olaraq qərar verəcəyini bildirib. Daha sonra ifaçı şoudan aktyor Sərxan Kərəmoğlunu çıxarmaq istədiyini dilə gətirib. Lakin aktyorun maşından əlini götürüb getməsi, müğənninin başqa seçim etməsinə səbəb olub. Çıxılmaz vəziyyətdə qalan N.Qafarzadə ən güclü rəqibinin rejissor Aqil M.Quliyevi olduğunu düşündüyünü deyib və onu oyundan çıxaracağını söyləyib.

Nadir Qafarzadə səsvermə nəticəsində 40.11 faiz "qalsın", 59.88 faiz "getsin" ə toplayıb. Bu səs faizlərini topladıqda isə 99.99 faiz olması çoxlarını çaş-baş salıb.

Qeyd edək ki, səsvermədə faizlərinin uyğunsuzluğu bir dəfə də baş vermişdi. Müğənni Cavad Rəcəbov səsvermə nəticəsində 35,71 faiz səs-"qalsın", 65,29 faiz səs "getsin"ə topladığı halda, səs faizlərini topladıqda isə 101 faiz olması nəzərdən qaçmayıb.

: yenilik.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...