Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Natavan 19 ildir görmədiyi atasından danışıb ağladı - VİDEO

“Hər zaman çata biləcəyim şeylərin xəyalını edirəm ki, sonra məyus olmayım. Övlad istəyirəm. Bu, mənim xəyalımdır. Çünki övladımla bağlı xəyallarım var. Özümü ana kimi tam fərqli görürəm. Ailə qurmaq məsələsi yaxınlarda oldu, qaldı ana olmağlm".

Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Atasından danışan sənətçi göz yaşlarını saxlaya bilməyib:

“Uşaqlığımın əksər hissəsini atasız keçirmişəm. Anam güclü xanım olduğu üçün bunu bizə hiss etdirmədi. Onun həm analığını, həm də atalığını gördük. Mən də istəyirəm övladımım atası da, anası da olsun. Əlbəttə mən də atamı görmək atzulayıram, onun üçün darıxıram. Amma... Sonuncu dəfə onu 1998-ci ildə görmüşəm. Xalam qızını limanda yola salırdım. Doğma iki göz gördüm, qocalmışdı. İnsanların içində təəccübləndim, dedim “papa”. Mənə baxdı, dedi Natulya... İşi var idi, bura gəlmişdi. Dedim, bizə baş çəkmədən gedirsən? Anamla aralarında inciklik var. Həyat, hər şey ola bilər. Çox şükür həyatdadır, yaşayır. Qocalıb, sağlamlığı ilə bağlı problemləri var. Uzaqda olsa belə əsas odur ki, hər şey yaxşıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...