Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pərvin Abiyeva özünü Monika Belluççiyə oxşatdı və meydan oxudu - VİDEO

Pərvin Abıyeva öz həyatı ilə Monika Beluççi arasında oxşarlıq olduğunu iddia edib.

Gənc aktrisa bunu gözəl olması və həmcinslərinin onun gözəlliyini qəbul edə bilməməsi ilə izah edib:

"Monika mənim idealımdır. Çünki o da gözəl olduğu üçün xanımlar tərəfindən nifrət qazanıb. Nədənsə eyni halı özümdə də görürəm”.

"Maşın” realiti şounun qalmaqallı iştirakçısı öz həmkarları arasında rəqabət apara biləcəyi aktrisa olmadığını da bildirib:

"Sevdiyim aktrisalar var, lakin mənimlə başa-baş gedə biləcək biri yoxdur. Yaşlı nəsil aktrisalar arasından xüsusilə Firəngiz xanım üçün ürəyim gedir. Onunla da bizim aramızda oxşarlıq var. Məsələn, bir vaxtlar Firəngiz Mütəllimova ilə Yaşar Nurinin səmimi dostluğu yanlış qələmə verilirdi. İndi də Kənan Mahmudovla bizim dostluğumuz başa düşülmür”./publika

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...