Əməliyyat olunduğu üçün efirə çıxmayan Murad Dadaşovdan - açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Murad Dadaşov ötən gün “Maşın” reailiti-şosuna çıxmayıb.
Mynews.az-ın məlumatına görə, proqramın aparıcısı olan şoumenin əməliyyat edildiyi deyilib. Aparıcı Hacı Nuran Hüseynov şoumenin bu səbəbdən efirə çıxa bilmədiyini söyləyib.
Bir çoxları M.Dadaşovun yalan danışdığını, bunun şou olduğunu iddia edib.
Şoumen əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. O bildirib ki, həqiqətən də əməliyyat olunub:
“İyunun 11-də efirə gedən verilişə diqqətlə baxsanız görərsiniz ki, mən yerimdən tərpənmirəm. Neçə gündür ayağımda ağrılar var. Ayaqqabılarımı tez-tez dəyişirəm. Elə düşündüm ki, onlar ayağımı incidir. Ən rahatlarını geyindim, amma yenə də ağrı keçmədi. Dünən səhər yuxudan oyandım ki, ayağım çox şişib. Həkimə getdim. Baxdı ki, infeksiya düşüb, proses pisləşib, dərhal əməliyyat olunmalıyam. Xəstəxanaya getdiyimi eşidən Hacı Nuran da yanımda oldu. Bu insan bir dəqiqə məni tək buraxmadı”.
M.Dadaşov bu gün efirə qayıdacağını söyləyib:
“Ötən gündən mənə o qədər zənglər gəlir ki... Bu gün efirə çıxacam. Sırada olmalıyam. Olmayanda heç nə alınmır. Fürsətdən istifadə edib gələn bütün aparıcılara təşəkkür edirəm”.
Qeyd edək ki, şouda avtomobil uğrunda rəqqasə Oksana Rəsulova, aktyorlar islam Mehrəliyev və Elcan Rəsulov mübarizə aparır.
M.Dadaşovu ötən gün teleaparıcılar Mətanət Əliverdiyeva, Nuran Hüseynov, Azər Zahid və Murad Əzimzadə əvəzləyib.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 921 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 903 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 594 dəfə oxunub