"1 milyona da soyunmaram" - Roza Zərgərli-VİDEO

“Əvvəl deyirdim ki, heç nəyə əhəmiyyət verməyəcəm. Amma artıq alınmır. Şəxsiyyətimə zərər gətirəni cinayət məsuliyyətinə cəlb etmək fikrim var. Bununla hüquqşünasımız məşğul olur”.
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli “ARB Ulduz”un “Şou məkan” verilişinə açıqlamasında deyib.
İfaçı şəxsi həyatı ilə bağlı xəbər yayanları məhkəmə ilə hədələyib:
"Haqqımda çıxan yazılar sifarişli “reket“ xəbərləridir. Məndən pul tələb ediblər, demişəm ki, gedin nə yazırsız, yazın. Həmin yazıları silsinlər deyə heç kimə pul verilə bilməz. Üzr istəyərək canlarını qurtara bilməyəcəklər. Həmin adam üzr istəyəcək və mənim haqqımda dediklərini özünə şamil edəcək".
R.Zərgərli "Açıq-saçıq səhnələrə çəkilərsiniz" sualına belə cavab verib:
”Çəkilmərəm, çünki erotika anlayışını burada başa düşən yoxdur. Əgər maraqlı, faciəvi sevgi hekayəsi olarsa, aktrisalıq istedadımı işə salıb qəbul edərəm. Bu sənətdəyəmsə, evdən niyə razı olmasınlar? İkinci bir tərəfdən ssenariyə də baxmaq lazımdır. Bəlkə, orada elə bir məqam var ki, mən onu edə bilmərəm. Biz “Qəmli nağıl” klipini çəkəndə model Rüstəm Cəbrayılov mənim dostum idi. Onun klipdə obrazı canlandırması üçün bəlkə də, 30 kişi onu başa salırdı ki, nə etməlidir. Mənim ağırlığım onu narahat edirdi və o deyirdi ki, mən sizi sevə bilmirəm. Kadrda biz dostuq. Ancaq Rüstəm öhtəsindən gəldi.
Elə bir məbləğ yoxdur ki, mən onun qarşısında aciz qalam. Bu həyatda mənəviyyatdan və mənim istəklərimdən daha böyük məbləğ yoxdur. Mən 1 milyon dollara Hollivudda hansısa filmə çəkilərəm. Əgər lüt çəkiləcəmsə, o zaman Azərbaycana qayıtmağım var. 38 yaşım var, 20 yaşımda deyiləm ki, sənət üçün gedib bikinidə konsert verim. Hərənin öz statusu var. Elə cəmiyyətdə yaşayırıq ki, hamı bir-birini tanıyır. Mən övladlarıma da diqqətli olmalarını söyləyirəm”.
Axşam.az
Maqazin
- "Qarnını göstərmə, ayıbdır" - Vüsalə bu FOTOsuna görə də qınandı - FOTOLAR
- Emin Ağalarov Nəcməddin Sadıqovun qızından ayrıldı
- Məşhur serialdan ayrılan aktrisadan xəbər var - VİDEO
- “Röya xalq düşmənidir, ölkədən qovulsun” - Xalq artistinə kütləvi etiraz - VİDEO
- Direktorun ad günündə iştirak edən Mətanət İsgəndərli də cərimələndi
- "Can Azərbaycan, zəfərin mübarək"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 906 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 600 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 593 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 592 dəfə oxunub
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI 591 dəfə oxunub