Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı müğənni xərçəngdən öldü

Antalya Dövlət Opera və Balet Teatrının solisti Muxtar Rəsuloğlu vəfat edib.

Mynews.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bariton səsli sənətçi 59 yaşında dünyasını dəyişib.

O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Muxtar Rəsuloğlu müalicə olunduğu Akdeniz Universitetinin Xəstəxanasında vəfat edib

Muxtar Rəsuloğlu 1999-cu ildə Azərbaycandan Antalyaya köçüb və Antalya Dövlət Opera və Balet Teatrında çalışmağa başlayıb. O, iki il əvvəl xərçəng xəstəliyinə yoluxub. Ötən ay bir neçə əməliyyat olunan sənətçini həkimlər xilas edə bilməyib.

Ailəsi Azərbaycanda yaşayan mərhumla vida mərasimi sabah Antalya Dövlət Opera və Balet Teatrının qarşısında düzənlənəcək və daha sonra cənazə vətənə gətiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...