Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həbsdən buraxılan Mehriban barədə İlhamə Quliyevanın oğlu: - "Nə deyim, Allah ..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Nəticədə M. Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 


Mynews.az xəbər verir ki, BiG.AZ əməkdaşı İlhamə Quliyevanın oğlu Orxandan bu barədə açıqlama alıb. Təzə xəbərdən məlumatsız olan Orxanın fikirlərini təqdim edirik: 

" Nə zaman buraxılıb? Heç xəbərim yoxdur. Allah köməyi olsun. Mən nə deyim ?! "

Qeyd edək ki, İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...