Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir - FOTOLAR

Gənc Tamaşaçılar Teatrının aktrisası Yasəmən Malikin qızı Cahan Azər məşhur türk rejissoru Savaş Çıkrak ilə ailə həyatı qurur.

Mynews.az-ın milli.az-a istinadən məlumatına görə, toy məclisi şəhər restoranlarından birinin həyətində baş tutacaq.

Qeyd edək ki, Türkiyədə magistr təhsili alan Cahan Azər Azərbaycanda bir müddət kino sahəsində çalışıb. O həmçinin, Türkiyənin ən məşhur seriallarından olan “Şefkat tepe”də, “Qalib Dərviş”də çəkilib.

Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır.

Cahan xanım və Savaş bəy hazırda Türkiyədə “Doyuran kareler” adlı sosial layihə üzərində işləyirlər. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir - FOTO

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir - FOTO

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir - FOTO

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...