Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Üzeyir "Maşın"dan getməyinin səbəbini İLK DƏFƏ AÇIQLADI - "Digər iştirakçıları alçaltmaq..."

Tanınmış müğənni Üzeyir Mehdizadə "Maşın şou"-dan çıxması ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. 

Bu barədə BiG.AZ-a danışan Üzeyir Mehdizadə bəzi yarışma iştirakçılarını aşağılamamaq üçün könüllü olaraq maşından əlini götürdüyünü bildirib: "Maşın şou" çox maraqlı şoudur. Çox istəyərdim ki, o yarışmada qalım amma kimisə aşağılamamaq üçün yarışmadan çıxmalı idim. Amma əlimi maşından çəkdiyim üçün özümü peşman hiss eləmirəm. O yarışmada artıq oyunla şəxsi münasibətlər bir-birinə qarışmışdı. Ümumiyyətlə daha o oyun haqqında danışmaq istəmirəm". 

Həmçinin Üzeyir Mehdizadə yaxın günlərdə Türkiyə televiziyalarında da tez-tez görünəcəyini və qardaş ölkə ilə bağlı yeni proyektlərinin olduğunu qeyd etdi: "Bu yaxında Türkiyə ilə bağlı yeni proyektlərim var. Daha doğrusu Türkiyədə konsert verməyi və Türkiyə telekanallarına çıxmağı planlaşdırıram".

Üzeyir "Maşın"dan getməyinin səbəbini İLK DƏFƏ AÇIQLADI: "Digər iştirakçıları alçaltmaq..."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...