Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elza Seyidcahandan yeni şeir - "...aşağı-yuxarı sürt, sürt"

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Müğənni "Enelheqq" adlanan şeiri "İnstaqram" səhifəsində paylaşıb:

Sürt mizrabı kamana
çək mizrabı yatana
bilir çoxu.
bülbülüm oxu, oxu
Hər gül bir qoxu
simsiz aləm mənə qorxu
sızıldasın lütf
ahəngində nəğmələr qoşsun
türk
al rəngindən 
qoşmalar yazsın
saz mehrindən
sular daşsın nehrindən 
telllər qırılsı əzmindən
sürt oxu yaya
cüt calaqın
oynayağın
orkestrlə coşağın
çək mizrabı kamana
yana-yana yanana
ana-ana zamana
qana-qana yalana
aşağı-yuxarı sürt, sürt.
qışqır, oyna, gəl çıx
alqışlarla bu yana
çıxsın, çıxsın
dadı tökülsün
dığır-dığır, sıvır-sıvır
uzun-uzun, zilli-bəmli
abertonlu səslərin
flajaletto, fleyto,
çək mizrabı kamana
libiretto, operetto
sürt kamanı sayana
Ənəlhəqq

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...