Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Küsülü olan Natavan və Oksana üz-üzə gəldi

Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounun finalı baş tutub.

Mynews.az-ın məlumatına görə, gecədə oyunun 18 iştirakçısı ilə yanaşı digər məşhurlar da qonaq olublar. 

Ən diqqətçəkən məqamlardan biri müğənni Natavan Həbibinin və Oksana Rəsulovanın yan-yana gəlməsi olub. Belə ki, bir vaxtlar yaxın rəfiqə olan sənətçilər uzun müddətdir küsülüdür. Onlar arasındakı qalmaqala prodüser Tarix Əliyev (Tolik) səbəb olmuşdu. Natavanla Tolikin barışmasını qəbullanmayan rəqqasə dostluqlarını bitirmişdi.

Studiyaya gələn müğənni bütün qonaqlarla görüşüb, Oksanaya çatanda isə üzünü çevirib. Veriliş zamanı ifaçılar göz-gözə gəlməməyə çalışıblar. Natavan mahnı oxuduğu zaman Oksana üzünü başqa yerə çevirib.





 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...